Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

TURAXANIM

türk. Tura və mürəkkəb adların tərkibində işlənən Xanım adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Azərbaycan antroponimikasında iki titulun, iki sinonimin, iki mənaca daralmış sözün birləşməsi ilə yaranmış şəxs adları sırasında olan Turaxanım (bax: ad – TURA; XANIM) qadın adı hökmdarlar hökmdarı, başçılar başçısı anlamlarını ifadə edir. Adın təhrif olunmuş Turəxanım forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Turəxanım şəklindədir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti