ərəb. teyyub sözündəndir. Teyyubə qadın adı yaxşı, xoşagələn savab iş, savab hərəkət mənasında olan Teyyub kişi adından (bax: ad – TƏHMİN) ənənəvi yolla yaranmışdır.
Adın təhrif olunmuş Teyyibə, Teybə formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Teybə şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. tabarrük sözündən olub, xoşbəxtlik, uğur gətirən, şəfa tapılan müqəddəs torpaq, su, müqəddəs adamın geyimindən bir parça və s. anlamındadır.
Az tapılan, hər deyəndə ələ düşməyən kimi məcazi mənalarda da işlənir. Təbərrük qadın adı sözün məcazi mənası ilə bağlıdır. Adın təhrif olunmuş Təbərrik forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. tahmin sözündən olub, boylu-buxunlu, cüssəli, qüvvətli mənasındadır.
Təhmin kişi adından (bax: ad – TƏHMİN) ənənəvi yolla yaranmış Təhminə qadın adı bu gün məişətimizdə geniş yayılmış qadın adları sırasındadır. Şərqdə Təhminə adının geniş yayılması Ə.Firdövsinin məşhur “Şahnamə” dastanı ilə əlaqədardır. Əsərdə Təhminə Rüstəmin arvadı, Söhrabın anasının adıdır. XX əsrin 70-ci illərindən Təhminə qadın adı məişətimizdə yenidən geniş yayılmağa başlamışdır. Bu, Xalq Yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin də, əsərin motivləri əsasında çəkilmiş “Təhminə və Zaur” filminin də xalq arasında çox sevilməsi ilə əlaqədardır. Bu əsərə qədər məişətimizdə Təhminə qadın adı, demək olar ki, unudulmaqda olan adlardan idi. Adın məişətimizə qayıtmasında, eləcə də keçən əsrdən bu günə qədər dəbdən düşməməsində yazıçının sənətkarlığı mühüm rol oynamışdır. Yazıçı Anar oxucularına Təhminə adını sevdirə bilmişdi, bu səbəbdən də Təhminə məişətimizdə uzunömürlü adlardan olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. tanzil sözündən olub, narahatlığı aradan qaldırma, göydən endirmə, aşağı düşürmə (Tanrı tərəfindən deyil) mənasındadır.
Ərəb dünyasında Tənzilə artıq çoxdan arxaikləşmiş qadın adları sırasındadır. Bu gün Azərbaycanda Tənzil kişi adı (bax: ad – TƏNZİL) köhnəlmiş adlar sırasında olsa da, addan ənənəvi yolla yaranmış Tənzilə qadın adı məişətimizdə geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. tarana sözündən olub, mahnı, şərqi, nəğmə, həmçinin ahəng mənasını ifadə edir.
Azərbaycan antroponimikasına XX əsrin qırxıncı illərindən daxil olmuş Təranə qadın adı keçən əsrdə məişətimizdə çox geniş yayılmışdı. Lakin XXI əsrdə Təranə qadın adı nəzərəçarpacaq dərəcədə azalmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. tazkira sözündən olub, dilimizdə görkəmli şəxsiyyətlərin, xüsusən şair, rəssam və b. məşhurların həyatı haqqında məlumatlar və yaradıcılığından nümunələr mənasındadır.
Adın təhrif olunmuş Təskirə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti