ərəb. saadat sözündən olub, həyatda ən yüksək məmnunluq hissi, xoşbəxtlik, dərin məmnunluq və sevinc hissi, məsud olma, bəxtiyar olmaq anlamındadır.
XX əsrdən etibarən məişətimizdə geniş yayılmış qadın adlarından olan Səadət XXI əsrin əvvəllərində müşahidəediləcək qədər azalmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. saba sözündəndir. Səba sözü dilimizdə səhər əsən xəfif, yumşaq meh mənasındadır.
Tədqiqatlarda Nuhun nəvələrinin birinin adından olması barədə mülahizələr mövcuddur. Mənbələrdə Səba həm də qədim Yəmən şəhərlərindən birinin adı olaraq göstərilmişdir. Qadın padşah Bilqeysin (Bəlqis) məmləkəti olması barədə də məlumatlara rast gəlinir. Rəvayətə görə, Nuhun nəvələrindən olan Səba tərəfindən salındığı üçün belə adlanır. Qeyd etmək lazımdır ki, Səba sözü klassik ədəbiyyatda tez-tez rast gəlinən ifadələrdəndir. Aşiqlər dərdlərini gizli söyləmək məqsədilə səbaya (səba yelinə) müraciət edir. Bütün bu qeyd etdiklərimizin sözün ad kimi formalaşmasında özünəməxsus rolu olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mürəkkəb adların tərkibində işlənən Saba və fars. Gül adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Səbagül (bax: ad – SƏBA; GÜL) qadın adı səhər mehi kimi xoş duyğular oyadan gözəl anlamındadır. Adın təhrif olunmuş Sabagül forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sabiha sözündən olub, gözəl, qəşəng, yaraşıqlı, həmçinin insanı üzən, üzücü mənalarını ifadə edir.
Səbihə qadın adı sözün gözəl, qəşəng, yaraşıqlı mənaları ilə əlaqədardır. Türk antroponimik vahidlər sistemində mövcud Səbihə qadın adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Adın təhrif olunmuş forması Səbuhə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Adın məşhur daşıyıcılarından ilk türk pilot qadın, Mustafa Kamal Atatürkün övladlığa götürdüyü qızlardan biri Səbihə Gökçən (1913-2001) dünya tarixində qırıcı təyyarədə pilot vəzifəsində çalışmış ilk qadındır. Hazırda İstanbulun ən böyük hava limanlarından biri Səbihə Gökçənin adını daşıyır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sabina sözündən olub, qiymətli, dəyərli anlamlarındadır. Bəzi mənbələrdə sözün latın mənşəli olduğu, sonradan ərəb, yəhudi, slavyan dillərinə keçdiyi barədə məlumatlara da rast gəlinir.
Səbinə Azərbaycan antroponimikasına XX əsrin altmışıncı illərindən daxil olmuş qadın adlarındandır. Keçmiş Sovet İttifaqına daxil edilmiş türk xalqlarının, demək olar ki, hamısında bu qadın adına rast gəlinir. Odur ki, adın ərəb dilindən birbaşa keçdiyini dəqiq söyləmək çətindir. Adın təhrif olunmuş Səbunə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti