fars. mürəkkəb adların təkibində işlənən Pari adı və zada sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Pərizadə (bax: ad – PƏRİ; ZADƏ) qadın adı pəridən doğulmuş, pəri övladı, pəri kimi çox gözəl, kiçik pəri anlamlarındadır. Adın təhrif olunmuş formaları Pərizad, Pərzad da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad Pərzad şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. parvana sözü dilimizə tərcümədə kəpənək deməkdir. Pərvanə qadın adı kiçik gecə kəpənəyinin adındandır.
Sözün özünü eşq yolunda fəda edən, yandıran, sadiq, sədaqətli sevgili və buna yaxın məcazi mənaları da mövcuddur. Ədəbiyyatımızda da bu mənada pərvanə sözünə tez-tez rast gəlinir. Gecə kəpənəyi olan pərvanə axşamlar şamın, lampanın, bir sözlə, işıq gələn nə varsa, başına fırlanır. Rəvayətə görə, şam gözəl bir qız, pərvanə gözəl bir oğlan imiş. Nakam sevgi yaşamış bu gənclər sonradan şama və pərvanəyə çevrilmişlər. Pərvanə indi də şamın başına dolanır. Hətta el arasında belə bir inanc da məlumdur ki, gecələr yanan şamın, lampanın, işığın başına dolanan pərvanəni öldürmək günahdır. Dilimizdə parvana kimi baçına dolanmaq (çox sevmək) ifadəsi də mövcuddur. Şərqdə geniş yayılmış bu rəvayətin oğlan qəhrəmanının adı dilimizdə qadın adı kimi formalaşmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. parvar (əslində parvariç) sözündən olub, bəsləmə, yedirib-içirmə, qulluq, tərbiyə, inkişaf etmək, yetişmək, həmçinin sevən, rəğbəti olan, meyli olan mənalarını ifadə edir.
Bir zamanlar Azərbaycan antroponimikasında müştərək adlar sırasında olmuş Pərvər adı bu gün köhnəlmiş şəxs adlarından olub, yalnız bir sıra mürəkkəb sözlərin tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. parvin sözü dilimizdə Ülkər ulduzu, Yeddiqardaş ulduzları, Sürəyya ulduzlarının adındandır.
Pərvin el arasında daha çox Yeddiqardaş ulduz adı ilə tanınır. Fars dilində şəxs adlarının izahlı lüğətlərində ulduz topasının adı kimi şərh edilmişdir. Azərbaycan antroponimikasında müştərək adlar sırasındadır. Məişətimizdə Pərvin qadın adı kişi adına nisbətən geniş yayılmışdır. Adın sonuna -a şəkilçisi artırmaqla adın Pərvinə variantı da yaradılmışdır. Dilimizin şəxs adları sistemində tərkibində Pərvin adının iştirak etdiyi bir neçə mürəkkəb qadın adı da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. Parvin adı və mürəkkəb adların tərkibində işlənən naz sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
İki yanaşı gələn samitdən birinin düşməsi nəticəsində Pərvinaz (bax: ad – PƏRVİN; NAZ) şəklində olan qadın adı gözəlliyi, nazı ilə ulduzları xatırladan gözəl anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti