Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

PƏRVİN

fars. parvin sözü dilimizdə Ülkər ulduzu, Yeddiqardaş ulduzları, Sürəyya ulduzlarının adındandır.

Pərvin el arasında daha çox Yeddiqardaş ulduz adı ilə tanınır. Fars dilində şəxs adlarının izahlı lüğətlərində ulduz topasının adı kimi şərh edilmişdir. Azərbaycan antroponimikasında müştərək adlar sırasındadır. Məişətimizdə Pərvin qadın adı kişi adına nisbətən geniş yayılmışdır. Adın sonuna -a şəkilçisi artırmaqla adın Pərvinə variantı da yaradılmışdır. Dilimizin şəxs adları sistemində tərkibində Pərvin adının iştirak etdiyi bir neçə mürəkkəb qadın adı da mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti