yunan. narkao (mat qalmaq, çaşmaq, şaşırmaq) feilindəndir. Nərgiz əslində özü özünə valeh olan, vurulan mənasındadır.
Yunan mifologiyasında gənc, gözəl, təşəxxüslü Narkis (bəzi mənbələrdə Nartsis) adlı gənc oğlan su hövzəsində özünü görüb gözəlliyinə mat qalır. Özünə vurulan oğlan çaşdığından yerindəcə donur. Narkisin donub suya düşərək məhv olduğu həmin yerdə sarı çiçəkləri olan gözəl bir gül bitir. O gülün adı dilimizdə nərgizdir. Dünyanın bir çox xalqlarında Nərgiz (Nargis, Narkiz, Nasis, Nartsis və s. formalarda) qadın adı mövcuddur. Türkiyə türklərində Nərgiz müştərək şəxs adları sırasındadır. Nərgiz sözünə xalq ədəbiyyatımızda da, klassik ədəbiyyatda da tez-tez rast gəlinir. XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə Nərgiz geniş yayılmış qadın adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. narm sözündəndir. Nərm dilimizdə yumşaq, incə mənasındadır.
Dilimizdə ümumişlək nərmə-nazik (incə, zərif) ifadəsi də bu sözlə əlaqədardır. Beləliklə, Nərmin narm sözündən yaranmışdır, zərif anlamındadır. Adın sonuna -a şəkilçisi artırılaraq Nərminə variantı da yaranmışdır. Azərbaycanda Nərmin də, Nərminə də uzun müddətdən bəri dəbdən düşməyən qadın adlarındandır. XX əsrin altmışıncı illərindən Nərmin adı daha da populyarlaşmışdır. Sevilən yazıçı, məşhur dramaturq İ.Əfəndiyevin “Unuda bilmirəm” əsərində nakam məhəbbətlə üzləşmiş baş qəhrəmanlardan birini – Nərmini xalq çox sevmişdi. Bunun nəticəsi olaraq ailələrdə dünyaya gələn qızların çoxuna Nərmin adı verilmişdi. XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə Nərmin geniş yayılmış qadın adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. nasib sözündəndir. Nəsib sözü dilimizdə iki məna ifadə edir: 1. Bəhrə, pay, hissə, qismət; 2. Nəsəb, əsli-nəsəbi olan, tanınmış nəslin nümayəndəsi.
Türk antroponimik vahidlər sistemində Nəsibə qadın adı sözün ikinci, tanınmış nəsildən olan, yaxın adam mənası ilə əlaqədar Nəsib kişi adından (bax: ad – NƏSİB) ənənəvi yolla yaranmışdır. Adın daşıyıcılarından Xalq Artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalova (1917-2004) XX əsrdə Azərbaycan teatr və kino sənətində izini qoymuş görkəmli sənətkarlardan olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. nasir (əslində nasır) sözünün dilimizdə üç mənası (ərəb dilində s hərfinin yazılışı ilə əlaqədar) vardır. Nəsirə qadın adı köməkçi, yardımçı, tərəfdar, əldən tutan, havadar mənalarını ifadə edən Nəsir kişi adından (bax: ad – NƏSİR) ənənəvi yolla yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. nastaran sözündəndir. Nəstərən qadın adı dağ çiçəyi, yabanı bitən gül mənasındadır.
Məişətimizdə XX əsrin altmışıncı illərindən Nəstərən adının azalması açıq-aşkar müşahidə edilir. Bu gün Azərbaycanda Nəstərən adlı qadınların yaş, yəqin ki, yetmişdən aşağı deyildir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. nazakat sözündəndir. Nəzakət qadın adı ədəb, incə davranış, mərifət qaydaları, həmçinin incəlik anlamlarını ifdə edir.
XX əsrin otuzuncu illərindən Azərbaycanda ən populyar qadın adları sırasında olan Nəzakət qadın adı əsrin sonlarında müşahidəediləcək dərəcədə azalmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. nazm sözündəndir. Nəzm dilimizdə poema, şeir tərzində yazılmış və ya söylənmiş mənzum ədəbiyyat mənasındadır.
Nəzmi kişi adından (bax: ad – NƏZMİ) ənənəvi yolla yaranmış qadın adı Nəzmiyə/Nəzmiyyə nəzmə, yəni şeir tərzində yazılmış və ya mənzum ədəbiyyata aid mənalarını ifadə edir. Qeyd etmək lazımdır ki, İranda polis idarəsinə nəzmiyyə deyirlər.
Azərbaycan şəxs adlarının izahlı lüğəti