fars. narm sözündəndir. Nərm dilimizdə yumşaq, incə mənasındadır.
Dilimizdə ümumişlək nərmə-nazik (incə, zərif) ifadəsi də bu sözlə əlaqədardır. Beləliklə, Nərmin narm sözündən yaranmışdır, zərif anlamındadır. Adın sonuna -a şəkilçisi artırılaraq Nərminə variantı da yaranmışdır. Azərbaycanda Nərmin də, Nərminə də uzun müddətdən bəri dəbdən düşməyən qadın adlarındandır. XX əsrin altmışıncı illərindən Nərmin adı daha da populyarlaşmışdır. Sevilən yazıçı, məşhur dramaturq İ.Əfəndiyevin “Unuda bilmirəm” əsərində nakam məhəbbətlə üzləşmiş baş qəhrəmanlardan birini – Nərmini xalq çox sevmişdi. Bunun nəticəsi olaraq ailələrdə dünyaya gələn qızların çoxuna Nərmin adı verilmişdi. XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə Nərmin geniş yayılmış qadın adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti