ərəb. naim (əslində na’ima) sözündəndir. Naimə qadın adı varlı olmaq, bəxşiş, ənam, həmçinin xoşbəxt həyat anlamlarını ifadə edən Naim kişi adından (bax: ad – NAİM) ənənəvi yolla yaranmışdır.
Adın təhrif olunmuş Nəimə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. namiq sözündəndir. Namiqə qadın adı yazı işləri ilə məşğul olan, yazı yazan, katib, mühərrir, həmçinin bəzəyən, zinətləndirən, süsləyən anlamlarını ifadə edən, Azərbaycanda olduğu kimi, Türkiyədə də çox geniş yayılmış Namiq kişi adından (bax: ad – NAMİQ) ənənəvi yolla yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAzərbaycan antroponimikasında müstəqil şəxs adı kimi mövcud olmasa da, kifayət qədər mürəkkəb qadın adlarının komponenti kimi çıxış edən nar sözü iki əsas mənada işlənir: 1. Nar (fars mənş.) turş, meyxoş, bəzən də şirin dənələri olan, sərt qabıqlı meyvə və ağacın adıdır. Qıpqırmızı, qırmızı kimi məcazi mənalarda işlənir; 2. Nar (ərəb mənş.) od, atəş mənaları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən nar sözü və azərb. Çiçak adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Narçiçək (bax: ad – NAR; ÇİÇƏK) qadın adı nar ağacının çiçəyi, gülü kimi al yanaqlı gözəl (qadın, qız) anlamını ifadə edir. Azərbaycanda çox sevilən xalq mahnılarından birinin adı “Nar çiçəyi”dir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən nar və dana sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Nardanə (bax: ad – NAR; DANƏ) qadın adı nar dənələri kimi gözəl (qadın, qız) anlamını ifadə edir. Qədim adlardandır. Xalq nağıllarımızın sevilən qadın qəhrəmanlarından birinin adındandır. Adın sonuna -ə şəkilçisi artırmaqla Nardanə variantı da yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti