ərəb. malak sözündəndir (bax: ad – MƏLƏK), mələklərin cəmi anlamındadır. Klassik ədəbiyyatda da, danışıqda da gözəllik simvolu kimi işlənir.
Məlaikə qadın adı çox gözəl, gözəllər gözəli mənasını ifadə edir. Adın təhrif olunmuş forması Məleykə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün ad məişətimizdə yalnız Məleykə şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. malak sözündəndir. İslam dininə görə, Allahın göstəriş və əmrlərini yerinə yetirən, çox gözəl qadın surətində olub, qanadlı məxluqlardır.
Müqəddəs kitab “Qurani-Kərim”də mələklər incə və fəal bir varlıq kimi təqdim edilir. Burada mələklərin bəziləri insanların tutduğu əməlləri yazmaqla, bəziləri isə insanları qorumaqla, ona doğru yol göstərməklə, ilham vеrməklə və s. ilə məşğuldur. Adətən çox gözəl və ya məsum, xoşxasiyyət adam haqqında malak kimidir ifadəsi işlədilir. Türk antroponimik vahidlər sistemində mövcud Mələk qadın adı da eybi olmayan, hərtərəfli gözəl olan (qadın, qız) mənasını ifadə edir. Mələk həm də bir sıra mürəkkəb qadın adlarının tərkibində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. maliha sözündəndir. Məliha qadın adı məlahətli, lətafətli, şirin, xoşagəlimli (qadın, qız) anlamlarını ifadə edir.
Adın təhrif olunmuş forması Məlihə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Türk xalqlarının, demək olar ki, hamısında Məliha adına (Meliha, Melihə kimi də) rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti