fars. mahipeykar sözündəndir. Mahipeykər (bax: ad – MAH; PEYKƏR) qadın adı ay surətli, Aya bənzər gözəl mənalarını ifadə edir.
Adın təhrif olunmuş forması Mahpeykər də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə yalnız Mahpeykər şəklində (tələffüzlə bağlı çətinlik yarandığından) rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mahirux sözündəndir. Mahirux (bax: ad – MAH; RUX) qadın adı Ay üzlü, çöhrəli, Ay kimi olan gözəl mənalarını ifadə edir.
Adın təhrif olunmuş formaları Mahrux, Mahruh, Mahru da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə yalnız Mahrux (tələffüzlə bağlı çətinlik yarandığından) şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mahiruza (əslində mahiruzi) sözündəndir. Mahruzə qadın adı orucluq ayı, həmçinin qorunmuş mənalarını ifadə edir.
Adın təhrif olunmuş formaları Mahruzə, Məhruzə də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə yalnız Məhruzə şəklində (tələffüzlə bağlı çətinlik yarandığından) rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mahmura sözündəndir. Mahmurə qadın adı süzgün, dalğın, axan, məst, xumar mənalarını ifadə edir.
Adın təhrif olunmuş formaları Mahmurə, Məxmurə də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə Məxmurə şəklində rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mail (meyil) sözündəndir. Mailə qadın adı meyli olan, həvəsi olan, meyilli, həvəsli, sevən, istəyən mənalarını ifadə edən Mail kişi adından ənənəvi yolla yaranmış qadın adıdır.
Adın daşıyıcılarından Mailə Muradxanlı (1940-2010) məşhur telejurnalist, tərcüməçi, dramaturq, publisist olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti