ərəb. mail (meyil) sözündəndir. Mailə qadın adı meyli olan, həvəsi olan, meyilli, həvəsli, sevən, istəyən mənalarını ifadə edən Mail kişi adından ənənəvi yolla yaranmış qadın adıdır.
Adın daşıyıcılarından Mailə Muradxanlı (1940-2010) məşhur telejurnalist, tərcüməçi, dramaturq, publisist olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti