mürəkkəb adların tərkibində işlənən farz və Üllah sözlərinin birləşməsindən əmələ gələn şəxs adıdır.
Əslində Fərzullah (bax: ad – FƏRZİ; ÜLLAH) olan kişi adı Tanrının, Allahın vacib hesab etdiyi, əhəmiyyətli saydığı anlamlarını ifadə edir. Məişətimizdə Fərzullah adı bu gün yalnız Fərzulla formasında mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifath və mürəkkəb adların komponenti kimi işlənən ali sözlərinin birləşməsindən əmələ gələn şəxs adıdır. Fətəli (bax: ad – FƏTH; ƏLİ) kişi adı Əlinin fəthi, Əlinin zəfəri, Əlinin qələbəsi mənasındadır.
XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış kişi adlarından olan Fətəli artıq unudulmaqda olan, əsasən soyadlarda yaşayan kişi adlarındandır. Adın daşıyıcılarından Quba xanlığının VI xanı (1758-1789) Fətəli xan Qubalı (Fətəli xan Hüseyn Əli xan oğlu, 1736-1789), Azərbaycanın tarixində özünəməxsus yer tutan ictimai xadimlərdəndir. Azərbaycanın azadlığı, müstəqilliyi və birliyi uğrunda mübarizə aparmış böyük dövlət xadimi, diplomat və sərkərdə olmuşdur. Adın daha bir məşhur daşıyıcısı yazıçı-maarifçi, filosof, dramaturq Mirzə Fətəli Axundzadə (1812-1878) Azərbaycanda qüvvətli milli, realist, bədii nəsr şüurunun oyanmasında ilk təkan rolunu oynayan əsərlərin müəllifi, həmçinin milli dramaturgiyanın banisi olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifattah sözündən olub, dilimizdə açan, açıcı, yol açan, qapı açan, qarışıq işlərdən baş çıxaran, həmçinin zəfər çalan, fəth etmiş, qələbə qazanmış, üstünlük əldə etmiş mənalarını ifadə edir.
Məlum olduğu kimi, əl-Fəttah Allahın məlum 99 adından biri olub, qullarını hər çətinlikdən qurtaran, düyünü açan, çətinliyi açan, asanlaşdıran anlamlarını ifadə edir. Tanrının adından olan Fəttah kişi adı artıq məişətimizdə unudulmaqda olan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifath və mürəkkəb adların komponenti kimi işlənən Tanrı ilə əlaqədar Üllah sözlərinin birləşməsindən əmələ gələn (fathü-l-lahi) şəxs adıdır. Əslində Fətullah (bax: ad – FƏTHİ; ÜL- LAH) olan kişi adı Tanrının fəthi, Allahın qələbəsi anlamlarını ifadə edir.
Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən əmələ gələn adlarda yanaşı gələn samitlərdən birinin düşməsi nəticəsində Fəthullah adı sonradan Fətullah formasına düşmüşdür. Adın təhrif olunmuş forması Fətulla da sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir. Məişətimizdə Fəthullah adı bu gün yalnız Fətulla formasında mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifaza sözündəndir.
Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Fəza dilimizdə əsasən ucubucağı görünməyən boşluq, dünyanın, ulduzların içində olan boşluq, geniş meydan, göy, asiman, həmçinin. yüksəklik, ənginlik mənalarını ifadə edir. Fəza şəxs adı göy, asiman, ənginlik anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifazli sözündəndir. Fəzli dilimizdə gözəl məziyyətlərə malik, ləyaqətli, hünərli, gözəl əxlaqa sahib olan, istedadlı, səxavətli, comərd anlamlarını ifadə edir.
Bu gün Azərbaycanda populyarlığını itirən adlardan olsa da, Türkiyədə (Fazlı biçimində), türk xalqlarının əksəriyyətində, ərəb dünyasında geniş yayılmış kişi adlarındandır. Azərbaycanda qədim adlar sırasındadır. M.Füzulinin oğlunun da adı Fəzli olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifazl və mürəkkəb adların tərkibində işlənən Tanrı ilə əlaqədar Üllah sözlərinin birləşməsindən əmələ gəlmiş (faz- lü-l-lahi) şəxs adıdır. Fəzlullah antroponimi Allahın fəzli, Tanrının lütfü anlamını ifadə edir.
Adın təhrif olunmuş forması Fəzlulla da sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Fəzlulla şəklindədir. Adın məşhur daşıyıcılarından görkəmli şair, filosof, Yaxın Şərqin fikir tarixində “Cavidan- namə”, “Məhəbbətnamə”, “Ərşnamə”, “Növmnamə” kimi Hürufilik təriqətinin ideoloji əsaslarına həsr edilmiş bir çox əsərləri ilə Şeyx Fəzlullah bin Əbi Məhəmməd Təbrizi Nəimi (1339-1401) Hürufilik təriqətinin əsasını qoymuş sufi alim olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti