farac sözündən olub, ümumiyyətlə fərəh, xoşbəxtlik, səadət, şadlıq, təsəlli, təskinlik, əyləncə, əylənmə, sıxntıdan qutarma anlamlarını ifadə edir.
Fərəc kişi adı sevinc, fərəh anlamlarını ifadə etsə də, burada sevinmək, şad olmaq əsasən hüzn, kədər, məyusluqdan sonra gələn sevincdir. XX əsrdə məişətimizdə geniş yayılmış kişi adları sırasında olan Fərəc bu gün artıq unudulmaqdadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Farac adı və Üllah sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Fərəcullah (bax: ad – FƏRƏC) olan kişi adı Tanrının sevinci, təsəllisi, Allahın sevinci mənalarını ifadə edir. Adın təhrif olunmuş forması Fərəculla da sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Fərəculla şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifarhad sözü pəhləvi dilindən hərfi tərcümədə anlayan, başa düşən anlamındadır. Fərhad kişi adı zehinli, dərrakəli, qanacaqlı anlamlarındadır.
Hazırda Fərhad türk xalqlarının məişətində geniş yayılmış kişi adları sırasındadır. Keçən əsrdən etibarən Fərhad kişi adı məişətimizdə o qədər geniş yayılmışdır ki, bəzən alınma ad olduğuna inanmaq bir qədər çətin olur. İran tarixində Fərhad əsarətdən qurtarmaq üçün üsyan qaldırmış doqquz ölkə başçılarından birinin adı kimi keçir. Məlum olduğu kimi, Bisütun dağında həmin doqquz üsyançının şəkli və o dövrün hadisələri həkk olunmuşdur. Bu hadisələrdən sonra ad əfsanələşmiş, Fərhad bir çox əfsanələrin əsas qəhrəmanına çevrilmişdir. Xalq Şairi Səməd Vurğuna xalq məhəbbəti barədə çox yazılmışdır. Görkəmli sənətkarın 1941-ci ildə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının motivləri əsasında yazdığı “Fərhad və Şirin” mənzum dramındakı vətənpərvər Fərhad surəti xalq arasında çox sevilmişdi. Qeyd etmək lazımdır ki, məişətimizdə Fərhad adının geniş yayılması da məhz bu dövrə təsadüf edir. Bu illərdən Azərbaycanda yeni doğulmuş oğlan uşaqlarına Fərhad adı daha çox qoyulmuşdur. Əminliklə demək olar ki, Fərhad şəxs adı bu gün Azərbaycanda geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifar sözü və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Fərxan (bax: – FƏR; XAN) kişi adı xoşbəxt, sevincli, şən, şad olan, ağgünlü, firavan anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Fərhan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifard sözündəndir. Fərid kişi adı tək, nadir, yeganə olan, misli olmayan mənalarını ifadə edir.
Qeyd etmək lazımdır ki, sözün əsas ifadə etdiyi mənaya yaxın olan digər mənaları da mövcuddur. Məsələn, bənzərsiz, tək, həyat yoldaşı olmayan, əmsalsız və s. Fərid kişi adı bu gün məişətimizdə geniş yayılmış şəxs adları sırasındadır. Adın daşıyıcılarından azərbaycanlı zabit, “İgidliyə görə” medalı ilə təltif edilmiş (ölümündən sonra) Fərid Əhmədov (1986-2010) vətənimizin işğal altında olan Qarabağ bölgəsi uğrunda gedən döyüşlərdə Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi imzasını qoymuş şəhidlərimizdəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifarman dilimizdə ümumişlək sözlərdən olub, əsasən əmr, buyuruq, hökm, göstəriş, hər hansı bir məsələ ilə əlaqədar hökmdarın, padşahın qərarı, bir sözlə, ali hakimiyyət orqanının qanun qüvvəsində olan sərəncamı, qərarı kimi anlaşılır.
XX əsrdə məişətimizdə geniş yayılmış Fərman kişi adı bu gün müşahidəediləcək dərəcədə azalmışdır. Fərman kişi adı əmr, sərəncam, qərar mənasındadır. Adın daşıyıcılarından tanınmış geoloq alim, ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya EA-nın müxbir üzvü, Lenin mükafatı laureatı, Sosialist Əmək Qəhrəmanı Fərman Salmanov (1931-2007) keçmiş Sovet İttifaqında neft-qaz sahəsində görkəmli mütəxəssislərdən olmuşdur. XX əsrdə neftçi-alimin rəhbərliyi altında Surqutda, Salımskda, Pravdinskda, Mamontovskda, Somotlorda, Urenqoyda, Qərbi Sibirin başqa yerlərində iyirmi neft və qaz yatağı aşkar edilmişdir. F.Salmanov həm də neft və qaz geologiyası məsələləri ilə bağlı bir sıra elmi işlərin müəllifi olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifarrux sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Mübarək, uğurlu; 2. Üzü nurlu, parlaq, işıqlı, aydın olan; 3. Xoşbəxt, bəxtiyar, bəxtəvər, ağgün.
Fərrux antroponiminə ötən əsrin sonunda qədər kifayət təsadüf edilsə də, bu gün populyarlığını itirməyə başlayan şəxs adlarından hesab edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifarzana sözündən olub, dilimizdə elmli, hikmət sahibi, ağıllı, alim, həkim, bilici, filosof anlamlarını ifadə edir.
Məişətimizdə unudulmaqda olan şəxs adlarındandır. Fərzan kişi adına bu gün, əsasən, yaşlı nəslin nümayəndələri arasında təsadüf edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifarz sözü və mürəkkəb adların tərkibində işlənən Əli adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Fərzəli şəxs adı Əlinin vacib və zəruri bildiyi, Əlinin hesabı, Əlinin ehtimalı, Əlinin gümanı mənasındadır. Adın təhrif olunmuş forması Fərzalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti