fada sözü müasir Azərbaycan dilində ən əziz bir adam və ya yüksək iş uğrunda özünü qurban etmə, qurban, əvəz, bədəl, canını əsirgəməyən, bir hadisə ilə əlaqədar canını qurban edən (adam) anlamlarındadır.
Dilimizdə fəda sözü ilə əlaqədar can fada etmak, özünü fada etmak, yolunda fada getmak və s. kimi çoxişlənən ifadələr də mövcuddur. Fəda kişi adı canını əsirgəməyən (adam) mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifada sözü dilimizdə, əsasən, iki mənada işlənir: 1. Ümumi bir iş yolunda, məslək uğrunda, qorxulu, təhlükəli bir məqsəd uğrunda canını verməyə hazır olan (adam); 2. Kimi isə, bir yeri qoruyan, qoruyucu, mühafizə edən, mühafiz.
Adın daşıyıcılarından XV əsrin sonu, XVI əsrin əvvəllərində yaşayıb-yaratmış Fədai Təbrizi (?–1520) məşhur “Bəxtiyarnamə” poemasının müəllifidir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifada sözünə fars mənş. -kar şəkilçisinin qoşulması ilə yaranmış şəxs adıdır.
Müasir Azərbaycan dilində fədakar ümumişlək sözlərdəndir. Fədakar (bax: ad – FƏDA) kişi adı ümumi bir iş və ya məslək uğrunda öz şəxsi mənafeyindən keçən, özünü belə qurban verməkdən, fəda etməkdən çəkinməyən anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifağan sözündəndir.
Azərbaycan dilində Fəğan şəxs adı nadir hallarda təsadüf edilən kişi adlarındandır. Fəğan kişi adı nalə, fəryad, inləmə anlamlarını ifadə edir Adın təhrif olunmuş forması Fəqan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Fəğan antroponimi bu gün əsasən Fəqan formasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifaxr ad-din sözündəndir.
Fəxrəddin kişi adı dinin fəxri, iftixarı, şərəfi, şöhrəti, iftixarı, hörməti, ləyaqəti mənasındadır. XX əsrdə Fəxrəddin şəxs adı məişətimizdə geniş yayılmış kişi adlarından olsa da, bu gün müşahidəediləcək dərəcədə azalmışdır. Adın məişətimizdə geniş yayılması görkəmli dramaturq N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsinin əsas surəti olan qabaqcıl dünyagörüşlü, humanist gənc Fəxrəddinin adı ilə əlaqədar olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifaxr sözündəndir. Fəxri kişi adı hər hansı nailiyyətə, xidmətə görə ehtiram, iftixar əlaməti olaraq verilən, eləcə də hörmətli, möhtərəm, şərəfli, şərəf qazandıran mənasındadır.
XX əsrdə məişətimizdə geniş yayılmış şəxs adlarından olan Fəxri bu gün unudulmaqda olan kişi adlarındandır. Addan ənənəvi yolla yaranmış Fəxriyə (bax: ad – FƏXRİYƏ) qadın adı məişətimizdə nisbətən geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifarr sözündəndir. Dilimizdə işıq, parıltı, bəzək, zinət, gözəllik, həmçinin şan, şərəf mənalarını ifadə edir.
Fars mənşəli şəxs adlarının əvvəlində işlənən fər(r) sözü (məsələn, Fərhad (bax: ad – FƏRHAD), Fərxan (bax: ad – FƏRXAN), Dilfər (bax: ad – DİLFƏR) və s.) iranlıların qədim inanclarına görə, Tanrının qanuni hökmdarlara bəxş etdiyi xüsusi əlamətdir. Bu, hökmdarların başı ətrafında bir işartı kimi təsəvvür edilirdi. Bu səbəbdəndir ki, belə adlar adətən şan, şərəf, misilsiz olma və s. buna yaxın mənalar ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifardi sözü fərdlə əlaqədar, yalnız biri ilə əlaqədar, həmçinin təkbaşına edilən, ümumi olmayan, şəxsi, xüsusi və s. yaxın mənalarda işlənir.
Türk xalqlarının, demək olar ki, əksəriyyətinin məişətində geniş yayılmış Fərdi kişi adı şəxsi, xüsusi (olan) anlamlarını ifadə edir. XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış kişi adlarından olan Fərdi artıq unudulmaqdadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti