Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FİRƏNGİZ fars.

firangiz (əslində farangiz) sözündəndir.

Firəngiz (bax: – FƏR; ƏNGİZ) qadın adı işıq saçan, işıq yaradan mənasındadır. Məişətimizdə qədim şəxs adlarındandır. Firəngiz hələ Ə.Firdövsinin məşhur “Şahnamə” əsərində adı keçən əsas qadın surətlərindən birinin adıdır. Əfrasiyabın qızı Firəngiz Keykavusun İrandan Turana qaçmış oğlu Səyavuşla ailə qurur. Əfrasiyab Firəngizin oğlu Keyxosrovun əlində ölür. Sonrakı mərhələdə N.Gəncəvinin “Xosrov və Şirin” əsərində Firəngiz surətinə rast gəlinir. XVI əsrdə yaşamış Şah İsmayıl Xətainin qızının adı da Firəngiz olmuşdur. Azərbaycanda XX əsrdə Firəngiz adının geniş yayılması H.Cavidin “Səyavuş” dramındakı, həmçinin C.Cab- barlının məşhur “Oqtay Eloğlu” dramındakı qadın qəhrəmanın adı ilə əlaqədardır desək, yəqin ki, səhv etmərik. Bu gün Firəngiz qadın adı məişətimizdə müşahidəediləcək dərəcədə azalmışdır. Adın daşıyıcıları orta və yaşlı nəslin nümayəndələridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti