Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

vərəngalan

Çənbərək, Gədəbəy, Xanlar, Zəngilan

Bax: varangələn1□ Vərəngalan hani, küjülüyrəm xamyı (Çənbərək); Vərəngalan yer hanasında işdənir, göy hanasında işdəmməz (Zəngilan); Ağız, bir gə vərəngalanı aşağı bas (Gədəbəy); Xananı vərəngalansız toxumax olmaz (Xanlar).

Azərbaycan dilinin dialektoloji lüğəti

vərəvurd eləməx'

Tərtər, Şəki

Bax: varavurd eləməx'□ Vərəvurd elə, gör nə tə:r adamdı o (Tərtər); Vərəvurd eləsax bilərux düzdi, yoxsa yox (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti