Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

varavurd eləməx'

Ağdam, Bərdə, Hamamlı, Oğuz, Şuşa

Fikrən ölçüb-biçmək, götür-qoy etmək, fikirləşmək.  Öz-özümə varavurd elədim, gördüm kü, bu işə mənim güjüm tüşmüyəjəx' (Ağdam); Varavurd eləim, yenə oxumalı oldum (Oğuz); Çox varavurd elədim, bir şey çıxmadı (Hamamlı); Ha varavurd eli:rəm, görürəm bir şey çıxmır bu işdən (Şuşa).

Azərbaycan dilinin dialektoloji lüğəti