Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ulama verməx'

Qazax

Bax: ulama aparmax□ Atı, deyəsən, ulama verdilər, heş gördüm deyən yoxdu, tapılmer.

Azərbaycan dilinin dialektoloji lüğəti

ulamçı

Borçalı, Gədəbəy, Qazax, Şəmkir

Bax: ulamaçı Oğrular malı aparıf ulamçıya vererdilər, o da saterdı, uzağa keçirerdi (Qazax); On doqquzuncu ildə oğurdan çox ulamçılar ziyan vereydi mahluğa (Gədəbəy); Keçəl Alı ulamçı adamdı (Borçalı); Qavax mə:m bir qonşum vardı, yaman ulamçıydı, malları oğurruyuf verirdilər ona, o da aparıf izin itirirdi (Şəmkir).

Azərbaycan dilinin dialektoloji lüğəti

ulğaşmax

Laçın, Zaqatala

1. Bax: ulaşmax (Zaqatala).

2. Birləşmək (Laçın). □ Siznən ulğaşdığım gün dağıleydı.

Azərbaycan dilinin dialektoloji lüğəti

ulğun1

İmişli

Bax: ilğım Ulğun yayda issidə olır.

ulğun2

Oğuz

Hülqum. □ Bə:zi kişilərin ulğunu yoxdu, söz saxlamır.

Azərbaycan dilinin dialektoloji lüğəti