Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ulaşmax

İmişli, Kürdəmir, Mingəçevir

Qarışmaq, qoşulmaq. □ Başım işə elə ulaşıf kin, laf adımı unutmuşam (Mingəçevir); Bizin inəy ulaşıb o biri kəndin malına (Kürdəmir); Uşağı qoyma ulaşsın pis adama (İmişli).

Azərbaycan dilinin dialektoloji lüğəti