Basarkeçər, Culfa, Kəlbəcər, Qarakilsə, Mingəçevir, Oğuz, Şərur
Dəyirmanın üst daşındakı girintiyə keçirilən rombşəkilli dəmir hissə. □ Təvərə olmasa daş hərrənməz; üs daşı təvəriyə keçirillər, o da onu hərriyir (Basarkeçər); Təvərə də:rman daşının arasında olur (Oğuz); Təvərə olmasa də:rmanın üst daşı hərrənməz (Kəlbəcər); Təvərə də:rman daşının içinə keçir (Culfa).
Şahbuz
Sağanaq. □ Bizim ələyin təvərəsi sınıb işdən çıxıb.
Cəbrayıl, Qarakilsə
məc. Dairəvi, yumru.
Həmçinin bax:
Azərbaycan dilinin dialektoloji lüğəti