Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tava1

Beyləqan, Gədəbəy, Goranboy, Mingəçevir, Şuşa, Tərtər

Kiçik qazan. □ Südü tavıya töx'düm (Beyləqan); Tavada qatıx çaldım (Şuşa).

tava2

Şəki

Xörək növü. □ Yayda biz tava çox bişirrux.

tava3

Bakı

Sal daş. □ Torpağı qazıyannan sora tavıya çatdım.

Azərbaycan dilinin dialektoloji lüğəti