Şəmkir, Şuşa
Qulağın yumşaq hissəsi. □ Nənəm qulağımın tənəsini deşif, mən də sırğa taxajam (Şuşa); Sırğeyi tənədən asallar (Şəmkir).
Cəlilabad
Burun deşikləri.
Daşkəsən, Gədəbəy, Qax, Qazax, Şəki, Şəmkir, Tovuz
Bax: tana2. □ Qulağımı tənə incider (Qazax); Qızdar qulağına tənə aser (Daşkəsən); Qızın tənəsi itifdi, dünənnən ha çalışey tafsın, tapılmey əmə (Gədəbəy); Qıza nişan gətirəndə üzüx' də, tənə də qoyillər (Şəki).
Azərbaycan dilinin dialektoloji lüğəti