Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tana1

Bakı

Qıfıl.  Qapıda tanam görüb qeyitdim.

tana2

Ağdam, Bərdə, Gədəbəy, Gəncə, Goranboy, Qax, Mingəçevir, Tərtər, Tovuz

Sırğa. □ Mə:m qızdarımın hamısı tana taxır (Gəncə).

tana3

Göyçay, Xanlar, Mingəçevir

Qulağın yumşaq hissəsi, sırğa taxılan yeri. □ Tanadan qızıl asallar (Xanlar).

tana4

Göyçay, Mingəçevir

Atın burnunda əmələ gələn xəstəlik adı.

tana5

Qarakilsə

Qoyun saxlamaq üçün üstüörtülü yer.

Azərbaycan dilinin dialektoloji lüğəti