Ağdaş, Biləsuvar, Culfa, Əli Bayramlı, Gəncə, Goranboy, Göyçay, Masallı, Mingəçevir, Kürdəmir, Şamaxı, Şərur, Ucar
1. Palçıq divar (Ağdaş, Biləsuvar, Goranboy, Gəncə). □ Möhrə palçıxdan olur (Ucar); Palçığı yetişdir ki, möhrə axmasın (Culfa); Odey, möhrə:n yanında durublar (Şamaxı); Bizim möhrə təzə çəkilib (Ağdaş); Tamam torpaxdan örülmüş barıya möhrə deyirix' (Gəncə).
2. Çəpər (Göyçay, Kürdəmir). □ Həyətin yanına möhrə çəkirdük (Göyçay); Bağun dört bir tərəfinnən möhrə çəkirsən ki, heyvan-zad girməsin (Əli Bayramlı).
Ağdaş, İrəvan
Qayka. □ Bir yaxşı möhrə qayır (İrəvan); Möhrəni bu dəmirin altına qoy (Ağdaş).
Azərbaycan dilinin dialektoloji lüğəti