Ağbaba, Basarkeçər, Borçalı, Hamamlı, Qazax
Ortaq, şərik. □ Mürsəl Murtuznan modyamdı (Ağbaba); Əli, gə modyam olax (Basarkeçər); Şərikli yer əkənnərə modyam deyilir (Qazax); Bir öküz sən qoy, bir öküz də mən, modyam olax (Hamamlı); Qavaxlar taxılı modyam əkərdix' (Borçalı).
Hamamlı
Kömək. □ Bu gün ma: modyam gəl.
Azərbaycan dilinin dialektoloji lüğəti