Göyçay, Qazax, Şəki, Şəmkir
1. Məşəl (Göyçay, Qazax, Şəmkir). □ Gəlin aparanda lopa aterıx; At kişniyer, lopuyu yandır, görəx' toylada nə var (Qazax).
2. Alov (Şəki). □ Lampanın lopası qırmızıdı.
Cəbrayıl, Xocavənd, Zəngilan
Evin üstünə döşəmək üçün yonulmuş ağac. □ Lopapalıt və qoz ağaşdarınnan daha yaxşı olur (Cəbrayıl).
İrəvan
Sabun bişirilərkən çıxan qalıq, çöküntü, tullantı. □ Bir para adamlar lopanı sabun əvəzinə işdədillər.
Kürdəmir
Hissə, topa, parça. □ Bir lopa qar gəti.
Şuşa
Ot topası.
Ağdam
Manqalda yandırmaq üçün yumrulanmış kömür xəkəsi. □ Bir kisə xəkə alıf lopa qayıtdırdım.
Azərbaycan dilinin dialektoloji lüğəti