Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

lopa1

Göyçay, Qazax, Şəki, Şəmkir

1. Məşəl (Göyçay, Qazax, Şəmkir).  Gəlin aparanda lopa aterıx; At kişniyer, lopuyu yandır, görəx' toylada nə var (Qazax).

2. Alov (Şəki). □ Lampanın lopası qırmızıdı.

lopa2

Cəbrayıl, Xocavənd, Zəngilan

Evin üstünə döşəmək üçün yonulmuş ağac. □ Lopapalıt və qoz ağaşdarınnan daha yaxşı olur (Cəbrayıl).

lopa3

İrəvan

Sabun bişirilərkən çıxan qalıq, çöküntü, tullantı. □ Bir para adamlar lopanı sabun əvəzinə işdədillər.

lopa4

Kürdəmir

Hissə, topa, parça. □ Bir lopa qar gəti.

lopa5

Şuşa

Ot topası.

lopa6

Ağdam

Manqalda yandırmaq üçün yumrulanmış kömür xəkəsi. □ Bir kisə xəkə alıf lopa qayıtdırdım.

Azərbaycan dilinin dialektoloji lüğəti