Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

cö:z

Bakı, Bərdə, Daşkəsən, Goranboy, Şəmkir, Tovuz

Bax: cəviz Gətdiyim cö:zün çoxu çətənədi (Daşkəsən); Mənim bir cö:z ağacım var (Tovuz).

Azərbaycan dilinin dialektoloji lüğəti

culaz1

Şamaxı

Bax: cılız1 Rahman yaman culazzi.

culaz2

Ucar

Yoxsul.  Burda hindi culaz adam tapammassan.

culaz3

Gədəbəy, Kürdəmir, Saatlı, Sabirabad, Şamaxı

Nimdaş. □ Kö:nə vaxdı paltarımız culazdı (Kürdəmir).

Azərbaycan dilinin dialektoloji lüğəti

culoy

Qazax

Bax: ciloy2 Öküzdəri culoya qoş, harava ağırdı, kallar aparammer.

Azərbaycan dilinin dialektoloji lüğəti

culumpay

Qazax

Bax: culumbay Yeri-yurdu bəlli olmayan adama culumpay de:rix'.

Azərbaycan dilinin dialektoloji lüğəti