Bakı, İsmayıllı, Kürdəmir, Qazax, Masallı, Ordubad, Tovuz
Arıq. □ Cılız adam quvvasız olar (Qazax); Nə cılız uşağdı (İsmayıllı); Sufayı uşaxdı, hayıf cıqqana cılızdı (Kürdəmir); Ay qız, tay bu giyəvi: az tə:riflə, görmüşəm dayna, bir cılızın biridi (Ordubad).
Əli Bayramlı
Tək, yalqız. □ Bu işi o cılız görmiyib.
Ağbaba, Ağdam, Balakən, Basarkeçər, Başkeçid, Bolnisi, Borçalı, Gədəbəy, Gəncə, Goranboy, Hamamlı, Qazax, Şamaxı, Şəki, Tovuz
Bax: ciliz. □ Sən cılız ağ elədin (Ağbaba); Vəli danışdıxca cılız hirslənirdi (Bolnisi); Qaragöz, girdəsifət qız cılız qəşəy olur (Bolnisi); Həlimə xalanın qızı cılız gözəldi (Gədəbəy); Gögöyün meşədə cılız çox olur (Borçalı); Cılız ye:n gedirsən, çatmaq olmor sarja (Hamamlı); Xa:vər cılız bərk gülürdü (Tovuz); Sən də cılız həddini aşma (Goranboy); Bi ət göndəribdi bizə cılız yağdı (Şəki).
Balakən, Gəncə, Tovuz
Xüsusilə, ələlxüsus. □ Qolxoççular yaz işlərinə başladı, cılız da havaların yaxşı keçməsi bu işçün şərait yaratdı (Balakən); Cılız təzə öyə keşməx'ləri olara çox köməy elədi (Gəncə); Bizim yerlər çox gözəldi, cılız dağ tərəflər (Tovuz); Bular uzunçudu, cılız da kı bizim bu İlyas (Tovuz).
Azərbaycan dilinin dialektoloji lüğəti