Biləsuvar, Göyçay, İmişli, Kürdəmir, Salyan, Şəmkir
Təpə, dik, hündür yer. □ Bazıya çıx gör heyvannar çö:rmədədimi? (Kürdəmir); Bala, qoyunu bazıya yığ gendən görünsün (İmişli); Heyvan bazıda otduyurdu (Biləsuvar); Bizim öy bazı yerdə tikilib; Yayda Kürün bazı tərəfi sərin olur (Salyan); Bazının üsdünnən baxanda kət görünür (Şəmkir).
Ordubad, Quba, Şamaxı
Xışın kötüyünü boyunduruqla birləşdirən ağac hissə. □ Bazı heşdən boyunduruğa kimin olar (Ordubad).
Gəncə, Oğuz, Ordubad, Şəmkir
Ləklər arasındakı köndələn torpaq mərz. □ Bazını əyaxlama, xarab olar (Ordubad); Tir uzunnama gedir, bazı köndələn (Oğuz); Bazını ləkin arasınnan çəkirix' (Şəmkir).
Tovuz
Kiçik arx.
Qəbələ
Çəltik ləki.
Həmçinin bax:
Azərbaycan dilinin dialektoloji lüğəti