Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bazı1

Biləsuvar, Göyçay, İmişli, Kürdəmir, Salyan, Şəmkir

Təpə, dik, hündür yer. □ Bazıya çıx gör heyvannar çö:rmədədimi? (Kürdəmir); Bala, qoyunu bazıya yığ gendən görünsün (İmişli); Heyvan bazıda otduyurdu (Biləsuvar); Bizim öy bazı yerdə tikilib; Yayda Kürün bazı tərəfi sərin olur (Salyan); Bazının üsdünnən baxanda kət görünür (Şəmkir).

bazı2

Ordubad, Quba, Şamaxı

Xışın kötüyünü boyunduruqla birləşdirən ağac hissə. □ Bazı heşdən boyunduruğa kimin olar (Ordubad).

bazı3

Gəncə, Oğuz, Ordubad, Şəmkir

Ləklər arasındakı köndələn torpaq mərz. □ Bazını əyaxlama, xarab olar (Ordubad); Tir uzunnama gedir, bazı köndələn (Oğuz); Bazını ləkin arasınnan çəkirix' (Şəmkir).

bazı4

Tovuz

Kiçik arx.

bazı5

Qəbələ

Çəltik ləki.

Həmçinin bax:

Azərbaycan dilinin dialektoloji lüğəti