Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

bənöyüş

Bax: bənövüş.

Saqi, sən döyran söylə,

Doldur ver tasın bənöyüş.

               (“Bəhram-Gülxəndan”)

Azərbaycan dastanlarının leksikası

bərgə

Bax: bəlgə.

Bir xalın heyvadı – gəlməz irəngə,

Bir xalın bərgədi, gedər Firəngə,

Bir xalın salıbdı aləmi rəngə;

Bir xalın söhbəti-sazılan gəlir.

                                           (“Əmrah”)

“Əsli və Kərəm” dastanında həmin bəndin 2-ci misrası belədir:

Bir xalın heyvadı – gəlməz irəngə,

Bir xalın elçidir gedər Firəngə,

Bir xalın salıbdı aləmi rəngə;

Bir xalın söhbəti-sazılan gəlir.

Azərbaycan dastanlarının leksikası

bəziryan

Bax: bəzirgan.

Mahmud karvan sahibi bəziryan başının qabağına çıxıb ona deyir:

Başına döndüyüm, bəziryan xoca,

Xocam, bu yol İstambula gedərmi?

Gündüzündən betər olubdu gecəm,

Xocam, bu yol İstambula gedərmi?

                              (“Mahmud-Niyar xanım”)

Azərbaycan dastanlarının leksikası