fars. əsli: şirmahi
Fil sümüyü və ya ona bənzər maddə; sədəf.
Pərişan tellərində
Şirmayı şana dolanır.
Bəxtəvər gümüş kəmər
Dönür hər yana, dolanır.
(“Səyyad və Sədət”)
Canım usta, mənə bir qılınc qayır,
Nə uzun, nə gödək, bir qərar ola.
Dəstəyi şirmayı, özü qoşanov,
Vuranda ürəkdən xəbərdar ola.
(“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası1. Şiddətli meyil, həvəs, arzu, istək.
2. İşıq.
Şoq əhlinin canın alır ahutək sərxoş gəzişin,
Nəzərin mərdlərə bir ruhi-rəvan kimidir.
(“Dilsuz və Xəzangül”)
*
Bir də Gözəl xanım elə gözəldi ki, adam üzünə baxanda gözəlliyin şoqunnan axlı başınnan gedir. (“Məhəmməd və Güləndəm”)
*
Gözəlin gül camalı
Şoq salır hər yana bu gün.
(“Seydi və Pəri”)
Azərbaycan dastanlarının leksikasıŞahin.
Gözəllər gözəli, gözəllər xası,
Silindi, qalmadı könlümün pası,
Sinəni bənzətdim şonqar yuvası,
Oğlan paltarında qıza rast gəldim.
(“Qurbani”)
*
Nəcəf bir qəvvasdı, salma dərinə,
Bir də çətin olar yerdə sürünə,
Kəklik, pərin çatmaz şonqar pərinə.
Gəlməsin könlünə güman, haralı?
(“Məhəmməd və Güləndəm”)
*
Mən aşiqəm şonqara,
Şahin gərək şonqara,
Cik-cik deyən sərçələr
Neylər şahın-şonqara?
(“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikası1. Vəcd, şövq, cuşa gəlmə, coşqunluq.
2. Qalmaqal, hay-küy, gurultu.
Gətirdi kəlamı cümlə cahana,
Qırxları göstərdi əhli-ürfana.
Peyğəmbər xitabın gətdi dəhana,
Həbibin söhbətin şur eylədi şah.
(“Qurbani”)
Bir şur salaq bu cahana,
Meydan boyansın al qana,
Səfər eyləyək hər yana,
Xoş gəldiniz, dəlilərim!..
(“Koroğlunun qocalığı”)
Həmçinin bax:
Azərbaycan dastanlarının leksikası1. Həmişəyaşıl ağac.
2. Şümşad ağacı kimi qamətli.
3. Dialektlərdə hamar mənasında işlənir.
Bülbültək qucaram gülü,
Yandırıbdı şirin dili.
Baxış bəyin şümşad əli,
Qucmağa belləri gəlir.
(“Baxış-Leyla”)
*
Məntək gözəl tapanmazsan dünyada,
Qaç qabaqdan baxginən bu şümşada.
Əyər mal istəsən həddən ziyada,
Nə istəsən məndə var, qayıt indi.
(“Baxış-Leyla”)
Azərbaycan dastanlarının leksikası