Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

şoq ərəb

1. Şiddətli meyil, həvəs, arzu, istək.

2. İşıq.

Şoq əhlinin canın alır ahutək sərxoş gəzişin,

Nəzərin mərdlərə bir ruhi-rəvan kimidir.

                                       (“Dilsuz və Xəzangül”)

                                     *

Bir də Gözəl xanım elə gözəldi ki, adam üzünə baxanda gözəlliyin şoqunnan axlı başınnan gedir. (“Məhəmməd və Güləndəm”)

                                   *

Gözəlin gül camalı

Şoq salır hər yana bu gün.

                        (“Seydi və Pəri”)

Azərbaycan dastanlarının leksikası