Yaşılbaş ördək.
Dilimizdə bəzən qu quşunun sinonimi kimi də işlənir.
Əcəb həddə çatıb yaşın,
Sonatək yaşıldı başın.
Nə xoş çəkilibdi qaşın,
Könül sənə bənd olubdu.
(“Fərhad və Şirin”)
Bülbül olan heç unutmaz gülünü,
Sona olan tərk eyləməz gölünü.
Şirin heç döndərməz səndən meylini,
Oğlan, bir səbir eylə, sirrim duyarlar.
(“Fərhad və Şirin”)
Nə ola sözüm qanasan,
Məni yandırdın, yanasan,
Sən bir yaşılbaş sonasan,
Qoy tökülsün şux tellərin!
(“Koroğlunun Qars səfəri”) (“Koroğlu–Hümmət”)
Göydən bir cüt sona endi,
Aylı dağın arasına.
Yar ki yardan küsər oldu
Ağlar, sızlar, çarası nə?
(“Koroğlunun Qars səfəri”)
Eyvaz kimi olmaz sona...
(“Koroğlunun Türkmən səfəri”) (Hümmət Əlizadə)
Azərbaycan dastanlarının leksikasıərəb. sövdə və fars. gər
Parça alverilə məşğul olan tacir.
– Mənim toyum var, ora gedək. Toydan sonra sizə aşıqlıq lazım deyil, gedib sövdagarlıq elərsiniz. (“Abdulla və Cahan”)
Baba sövdəgəri dörd yana işlər,
Neçə qul-qaravaşı, axçanı xəşlər,
Hesabı yox, beş-beş, on beş bağışlar,
Bu sifətdə çodar olmaz, ay olmaz.
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası1. Su və ya şərab tökmək üçün uzunboğaz şüşə qab; qrafin.
2. Məcazi mənada: gözəlin boyu, gərdəni.
Alimdən dərs aldım əlif-bey üçün,
Sürahilər düzülübdü mey üçün,
Dəli könül, qəm çəkirsən nə üçün?
Qəmli günün şad günü var yanınca.
(“İrvahım”)
*
Sürahi gərdənsiz tamam xoşnəzər,
Bu güllü bağlara edirsiz güzar.
Qəddiniz sənubər minaya bənzər,
Xoş gəlibsiz siz bu bağa, qızlar.
(“Dilsuz və Xəzangül”)
Azərbaycan dastanlarının leksikasıBax: sürahi.
Sənsən bu dünyada gözəllər şahı,
Bədənin büllurdur, boyun sürahı.
Dadıma yetişsin qadir ilahı,
Alagözlü Leyla xanım, gəl qayıt!
(“Baxış-Leyla”)
Günü gümrah olur bahar, yay, payız,
Gərdəni sürahı, sinəsi kağız,
Dolanır məclisdə, başında qırx qız,
Aşıq Cünun deyər dövran görmüşəm.
(“Koroğlunun Ərzurum səfəri”) (“Dəmirçioğlu–İbrahim”)
Azərbaycan dastanlarının leksikası1. Söz söyləyən, danışan.
2. Dilavər, dilli.
3. Məcazi mənada: şair.
Mahmud bəy qoşan adam Qurbanini sazbənd Usta Bədəlin dükanına gətirdi.
Salamməleyk, əleykəssəlamdan sonra Qurbani ona dedi:
– Usta, mana elə bir saz ver ki, öz-özünə süxənvərlik eləsin. (“Qurbani”)
Azərbaycan dastanlarının leksikası1. Tərlan, şahin.
2. Məcazi mənada: igid, qoçaq adam haqqında.
3. Məcazi mənada: məğrur gözələ, gözəlin məğrur gözlərinə, baxışlarına işarə.
Yetirsəm özümü şahin, şahbazə,
Günü-gündən ömrüm olur tər, tazə.
Gözəllər dəstəylə çıxar pişvazə,
İzin versən qayıtmaram bu yoldan.
(“Bəhram-Gülxəndan”)
*
On üç ildi bərri-bəhri seyr etdim,
Şahbazımdan xəbər verən olmadı.
Şan-şövkəti, ləşkəri mən tərk etdim,
Bir yanıma gəlib görən olmadı.
(“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)
*
Bu necə əndazdı, gəlin,
Baxışın şahbazdı, gəlin.
(“Şah İsmayıl”)
*
Səhər-səhər nə xoş gəlir avazın,
Gedibdir baharın, qalıbdır yazın,
Səni alır qaçar tülək şahbazın,
Sizin göldən bizim gölə gəl, sonam.
(Gürcü əlifbası ilə yazılmış əlyazması)
Azərbaycan dastanlarının leksikası