Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

sürahi ərəb

1. Su və ya şərab tökmək üçün uzunboğaz şüşə qab; qrafin.

2. Məcazi mənada: gözəlin boyu, gərdəni.

Alimdən dərs aldım əlif-bey üçün,

Sürahilər düzülübdü mey üçün,

Dəli könül, qəm çəkirsən nə üçün?

Qəmli günün şad günü var yanınca.

                                                      (“İrvahım”)

                               *

Sürahi gərdənsiz tamam xoşnəzər,

Bu güllü bağlara edirsiz güzar.

Qəddiniz sənubər minaya bənzər,

Xoş gəlibsiz siz bu bağa, qızlar.

                     (“Dilsuz və Xəzangül”)

Azərbaycan dastanlarının leksikası