Çölnanəsi ; su kənarlarında bitən, ağ və qırmızı çiçəkləri olan ətirli bitki. (“Koroğlu” dastanının lüğəti)
Gəzdim şəhərlər, obalar,
Keçdi zimistan, yaz gördüm,
Dolandım çöllər, səhralar,
Bulaq üstə yarpız gördüm.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Axtararam düşmənləri seçərəm,
Başlarını yarpız kimi biçərəm,
Mərd yolunda başdan, candan keçərəm,
İzin versən, Ərzuruma gedərəm.
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasıDastanda məcazlarda işlənir. (“Koroğlu” dastanının lüğəti)
1. Cəllad sar quşuna, gənc Eyvaz yasəmənə bənzədilir.
2. Saç teli yasəmənə bənzədilir.
Lovğa-lovğa baxma mənə,
Sar qonammaz yasəmənə,
Qan uddurram indi sənə,
Batar meydan qana indi.
(“Durna teli”)
*
Saçından üç yasəmən tel ayırıb basdı mərmər sinəsinin üstünə. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası