1. Gülən, üzügülər, şən.
2. Məcazi mənada: klassik ədəbiyyatda tamam açılmış gülə bənzəyən gözəlin üzü mənasında işlənmişdir.
Qızılgül açılıb xəndan içində,
İnnabı dodaqlar dəhan içində,
Abbasam, durmuşam meydan içində,
Hər kimin mənimlə var işi, gəlsin!
(“Abbas və Gülgəz”)
Azərbaycan dastanlarının leksikası1. Palana bəzək üçün tikilən rəngbərəng iri muncuqlar.
2. Məcazi mənada: dəyərsiz, qiymətsiz.
Xərmöhrə gətirib ləldir deyər,
Doğru söz deyərsən, təbinə dəyər.
Bir igid öz qədrin bilməsə əyər,
Düşər el gözündən, hörməti olmaz.
(“Məsim və Diləfruz”)
Qeyd: N.Tusi “Cavahirnamə” əsərində xərmöhrə haqqında belə yazır: “Xərmöhrə ağ və uzun boyun sümüyüdür. Hər iki üzündə xallar vardır. Uzunsovdur. Uzunqulağın boyun arxasındakı ətdən çıxarılır... Əzilmiş halda vərəmli xəstələrə verilir”.
Azərbaycan dastanlarının leksikasıfars. xəridən – almaq
Satınalma, alma.
Dastanlarda xırd eləmək – satmaq mənasında rast gəlinir.
Ay ağalar, gəlin sizə söyləyim,
Yalquz daşdan olmaz divar deyərlər.
Bəzirgansan, aç mətahın, xırd elə,
Alanlar yükündə nə var deyərlər?
(“Abbas və Gülgəz”)
*
Ay ariflər, heç kəs yalqız olmasın,
Yalqız işə daşdan divar deyərlər.
Bəzirgansan, aç matahın, xird eylə,
Ararlar, yükündə nə var deyərlər?
(“Aşıq Alı və Əsmər xanım”)
Azərbaycan dastanlarının leksikası