Hövlnak, qorxu içərisində, dəhşət içərisində, vahiməli. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu heç bir seydən xəbəri yox, şirin yuxuda, bir də beş-altı adam töküldü üstünə. Sərasimə yerindən qalxıb onu o yana, bunu bu yana, baxdi ki, ev doludu adamla. (“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikası1. Sərəncam vemək hüququna malik hakim.
2. Başçı. (“Koroğlu” dastanının lüğəti)
Sərdar ölsə, ələm yatar,
Müxənnət məqsədə çatar,
Çənlibelim yasa batar,
Gəlmədi, Eyvaz gəlmədi.
(“Koroğlunun Bayazid səfəri”)
Səni Çənlibelə, özümə oğul, dəlilərə sərdar eləməyə aparıram.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
Ağa vəzir, mən xub sənə neylədim,
Hər nə etdim dost könüldən eylədim,
Səni o sərdara cəllad eylədim,
Can alıcı Əzrayılam, gəlmişəm.
(Paris nüsxəsi, 2-ci məclis)
Azərbaycan dastanlarının leksikasıfars. sər, ərəb. əsgər
Qoşun başçısı, qoşun böyüyü, baş komandan. (“Koroğlu” dastanının lüğəti)
Neçə qanlı başlar mizrağa taxdım,
Neçə sərəsgərlər yandurub yaxdım,
Koroğluyam, yaxşı keflərə baxdım,
Bu cahanda arzumanım qalmadı.
(Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikasıSəfil, yersiz-yurdsuz, sərsəri, avara. (“Koroğlu” dastanının lüğəti)
Gəlib burda xub sərgərdan qalmışam.
Usta, qulun ollam, yola sal məni!
Bunun taynı yüz tümənə almışam,
Usta, qulun ollam, yola sal məni!
(“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Nigar–M.Sultan”)
Nigar xanım dedi:
– Mən toy-düyün istəmirəm, məni bu yollarda sərkərdən etmə, tez Çənlibelə yetir.
(Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikası1. Başçı.
2. Mala, heyvana baxanların başçısı. (“Koroğlu” dastanının lüğəti)
Düşər hərdəm paşalarla davası
Kəsilməz savaşı, cəngi, qovğası,
Cünun deyər Çənlibelin ağası,
Yeddi min dəliyə sərkər Koroğlu.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Qurbanam mərdin adına,
Dostunu salar yadına,
Bu gün sərkər imdadına
Gəldi dəlilərim, gəldi.
(“Koroğlunun İstanbul səfəri”)
Çənlibel üstündə əsrəmiş nərsən,
Düşman qabağında dayanan ərsən.
Tamam dəlilərə igid sərkərsən.
Axtarsan taparsan düzilqar məni.
(“Koroğlunun Dərbənd səfəri”) (“Dərbənd–Vəli”)
Azərbaycan dastanlarının leksikasıÇapmaq, dördnala sürmək (atı). (“Koroğlu” dastanının lüğəti)
Əzəl bunu, sonra da o birisini min, təzəcə sulanmış şumda səyirt, qaratikanlığa sür, sonra da sıldırım daşlı dağa çap.
(“Alı kişi”)
Düratı səyirdib düşmüşəm yola,
Urum deyib Çənlibeldən gəlirəm.
Gümüş qolçaqları bağlayıb qola,
Polad geyib Çənlibeldən gəlirəm.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikasıMetal pul üzərinə vurulan damğa, naxış, yazı. (“Koroğlu” dastanının lüğəti)
Dəmirçioğlu bu dəfə pulları iki baş barmağının arasında elə sürtdü ki, sikkələri pozuldu.
(“Dəmirçioğlunun Çənlibelə gəlməyi”)
Kəsdirrəm gümüşdən yəhər,
Tumarlaram axşam, səhər,
Götür burdan qaç birtəhər,
Sikkə vurdurram nalına!..
(“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikası