Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

sərkər

1. Başçı.

2. Mala, heyvana baxanların başçısı. (“Koroğlu” dastanının lüğəti)

Düşər hərdəm paşalarla davası

Kəsilməz savaşı, cəngi, qovğası,

Cünun deyər Çənlibelin ağası,

Yeddi min dəliyə sərkər Koroğlu.

                         (“Məhbub xanımın Çənlibelə gəlməyi”)

Qurbanam mərdin adına,

Dostunu salar yadına,

Bu gün sərkər imdadına

Gəldi dəlilərim, gəldi.

                         (“Koroğlunun İstanbul səfəri”)

Çənlibel üstündə əsrəmiş nərsən,

Düşman qabağında dayanan ərsən.

Tamam dəlilərə igid sərkərsən.

Axtarsan taparsan düzilqar məni.

                          (“Koroğlunun Dərbənd səfəri”) (“Dərbənd–Vəli”)

Azərbaycan dastanlarının leksikası