Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qarçıqay

Bax: qarıçqay. (“Koroğlu” dastanının lüğəti)

Padşahım üstümə cari buyurdu,

Döyüşərəm, dönməm, edərəm cəngi.

Qarçıqay təki doyursa məni

Mən qəbul etmərəm bu namü nəngi.

                         (Paris nüsxəsi, 1-ci məclis)

Azərbaycan dastanlarının leksikası

qarçqay

Bax: qarıçqay. (“Koroğlu” dastanının lüğəti)

Əsli Mahmududu, tasma boyunlu,

Meydana girəndə yüz min oyunlu.

Qarçqay baxışlı, ac qurd yeyimli

Ortası qoluna dolu gərəkdi.

            (Paris nüsxəsi, 1-ci məclis)

Azərbaycan dastanlarının leksikası

qarıqqay

Bax: qarıçqay. (“Koroğlu” dastanının lüğəti)

Xotkar üstümüzə çəri buyurdu.

Döyüşərəm, dönmənəm, edərəm cəngi,

Ac qarıqqay kimi doyursa məni,

Mən qəbul etmənəm bu namü nəngi.

              (Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)

Azərbaycan dastanlarının leksikası

quba-qaz

Bax: quba. (“Koroğlu” dastanının lüğəti)

Dəryanın qırağı sazdı,

Oxuyanlar quba-qazdı,

Düşman çoxdu, onlar azdı,

Eyvaz əyləndi gəlmədi

      (“Durna teli”) (“Bağdad-Əsəd”)

Azərbaycan dastanlarının leksikası

quba qaz 

Bax: quba. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası