fars. rah – yol
Yol yoldaşı, yoldaş.
Əmrah dedi:
– Xanım, Əmrah demirəm, həmrah deyirəm. Bizlərdə həmrah yol yoldaşına deyirlər. (“Əmrah”)
*
Elimdən, obamdan olmuşam mən yad,
Həm aşığam, həm abdalam, həm səyyad,
Həmrah yox, nabələd eylərəm fəryad,
Aman mən qəribə bir yol bələdi.
(“Dilsuz və Xəzangül”)
Azərbaycan dastanlarının leksikasıBax: hərami.
Nə baxırsan gözü qanlı haramı?
Sən deyən günahkar ha mən deyiləm.
Hər şəhərin bir adı, bir sanı var.
Mən Misir şəhriyəm, Yəmən deyiləm.
(“Abbas və Gülgəz”)
*
Ay aman, özünüzü yetirin! Haramılar tökülüb uşaqları qırdılar, məni də doğradılar. (“Alı xan”)
*
Ay haramılar, daha mən haramılıq etmək istəmirəm. (“İrvahım”)
Azərbaycan dastanlarının leksikasıQuldurbaşı.
Başına döndüyüm həramibaşı,
Doğramayın məni, aman günüdü.
Gözümdən axıtma qan ilə yaşı,
Doğramayın məni, aman günüdü.
(“Baxış-Leyla”)
*
Başına döndüyüm, həramibaşı,
İzin verin, mən gedəlim yoluma.
Unutmuşam ata-ana, qardaşı,
İzin verin, mən gedəlim yoluma.
(“Baxış-Leyla”)
*
Başına döndüyüm, haramıbaşı,
Öldürmə, Allaha bağışla məni!
(“İrvahım”)
Azərbaycan dastanlarının leksikasıHədələmək, qorxutmaq, hədə-qorxu gəlmək.
İgidlərdə üç nişan olar. Bir-birinə hərbə-zorba gəlmək, at oynatmaq, güləşmək. Mən səninlə üçünə də varam. (“Novruz”)
*
Amma Soltan Mahmud sözünün üstündə möhkəm durub yox deyəndə, görək bir-birlərinə necə hərbə-zorba gəldilər. (“Leyli və Məcnun”)
Azərbaycan dastanlarının leksikası1. Avara, sərsəri, heç bir işlə məşğul olmayan.
2. Mənasız, boş.
Xəbər aldım təbrizlidən,
Məni hərcayı çağladı,
Viran bağlar xəzəl oldu,
Didələrim qan ağladı.
(“Abbas və Gülgəz”)
*
Camalının şövqi mat eylər ayı,
Yoxdur tək sonamın göllərdə tayı.
Əhdə düz gözəldi, deyil hərcayı,
Ana, mən Şirindən dönə bilmərəm.
(“Fərhad və Şirin”)
*
Qafil könül, bir məclisə varanda
Ver qadağa acı dilə, danışma.
Hərcayı söyləmə, hərcayı demə,
Laf eyləyib, gülə-gülə danışma.
(“Seydi və Pəri”)
Azərbaycan dastanlarının leksikasıBax: hərcayı.
Öpmədim gülər üzündən,
Doymadım ala gözündən;
Nakəs, hərcayi sözündən
Gül uymaz xara deynən.
(“Əmrah”)
*
Sən gəl uyma hərcayiyə, nakəsə,
Naxələfdi, onda düz bazar olmaz.
Ortaq olma bivəfanın tağına,
Zatı yoxdu, şamaması tər olmaz.
(“Seydi və Pəri”)
Azərbaycan dastanlarının leksikası1000 (min).
Qurbanam gözünə, yaşına sənin,
Ağını kim qatdı aşına sənin?
Əgər bir iş gəlsə başına sənin,
Mən özümü həzar para eylərəm.
(“Leyli və Məcnun”)
*
Əzəl başdan əyri oldun Adəmə,
Mədəd dedim, mən oturdum matəmə,
Çərxi-fələk, zəhər qatdın badəmə,
Kəsdin məni həzar para sən indi!
(“Leyli və Məcnun”)
Azərbaycan dastanlarının leksikası