Ən əziz, çox sevimli (adətən övlad haqqında deyilir). (“Koroğlu” dastanının lüğəti)
Dastanda igidin atı ciyərparası hesab olunur.
Yenə təzələndi qəlbim yarası,
Gözümə görünmür dağlar arası,
İgidin atıdır ciyərparəsi,
Mənim Ərəb atım gördünmü ola?
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası1. Mərd, alicənab // əliaçıq, səxavətli.
2. İgid, qoçaq. (“Koroğlu” dastanının lüğəti)
Xotkarlar bata bilməyən,
Comərdlər tuta bilməyən,
Köksünə yatıla bilməyən,
Nigar, Çənlibel budu, bu!
(“Koroğlunun İstanbul səfəri”)
*
Cömərdlərə yaxınaram,
Xədəng oxdan saxınaram,
Min igidə təpinərəm,
Canda hünər saxlamışam.
(“Koroğlu və Bolu bəy”)
Azərbaycan dastanlarının leksikasıCuş (coşma, həyəcan). (“Koroğlu” dastanının lüğəti)
Səd afərin qaynağına, coşuna,
Yağı düşmən gələ bilməz tuşuna,
Koroğluyam, oğul, dönüm başına,
Koroğlu deyilən igid mənəm, mən!
(“Koroğlunun Dərbənd səfəri”)
*
Dəlilərim gələr coşa,
Müxənnət eylər tamaşa,
Qan qusacaq Xəlil paşa,
Ağlama, Nigar, ağlama!..
(“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıDəli, divanə. (“Koroğlu” dastanının lüğəti)
Məcnun, cinn sözləri ilə flektivlik baxımından eyniköklüdür.
Şikar edib, tutdum bir şux tərlanı,
Oldum cəmalına mayıl, Eyvazxan!
Cünun edib məni salma dağlara,
Eylə öz qapında sayıl Eyvazxan?
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikasıər. cümlə – bütün, hamı, hamısı; fars. cahan-dünya, aləm
Bütün dünya, bütün aləm. (“Koroğlu” dastanının lüğəti)
Mərd böyüyüb mərd ağası, mərd xanı,
Tutacaq şöhrəti cümlə-cahanı,
Gəzəcək Misiri, Şamı, Osmanı,
İgid gərək qabağında tablasın.
(“Koroğlunun Qars səfər)
Azərbaycan dastanlarının leksikasıəsli: cəbbə-cövşən, ər. cəbbə, fars. cövşən
Polad geyim, zireh. (“Koroğlu” dastanının lüğəti)
Cəbbə-cövşən şəklində atalar sözlərində rast gəlinən bu kəlmə sonralar cübbə-cövşən şəklinə düşmüşdür. Müqayisə et: cəbbə-cövşən qəza oxun saxlamaz.
Misri qılınc, ləzgi qəmə,
Mən səni təp saxlamışam,
Dolaşma cübbə – covşənə,
Düşmana var saxlamışam.
(“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikasıÜstdən geyilən uzunətəkli, enli düyməsiz geyim; xalat, arxalıq. (“Koroğlu” dastanının lüğəti)
Cübbənin qolları, boynunun arxası, yaxası, bəzən də qabaq ətəyi zərbaf naxıları ilə bəzədilərdi. Şam qumaşından və ya bəyaz ipək-pambıq qarışığı qumaşdan tikilirdi.
Həmçinin bax:
Azərbaycan dastanlarının leksikası