1. Ov gözlənən yer, pusqu, marıq.
2. Çıxacaq yer, yol, aralıq. (“Koroğlu” dastanının lüğəti)
Hərdən bərədə yataram,
Ortada şeşpər ataram,
Paşanı diri tutaram,
Qaçırmaz meydandan məni.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Laçıntək bərədə yatan,
Əmud vuran, şeşpər atan,
Yağılar qol-qola çatan
Düşkün Koroğlu mənəm, mən.
(“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikasıErkək at. (“Koroğlu” dastanının lüğəti)
Hümmət Əlizadə nüsxəsində Qırata işarə ilə beygir sözü işlənir. Axtalanmış at mənasında da işlənir.
– Aşıq, deyirlər bəygirlərə yaxşı tərif deyirsən. Məndə olan bəygirlərdən heç bir paşada yoxdu. İndi götür sazını de, görüm, necə tərif deyirsən? (Paris nüsxəsi, 6-cı məclis)
*
– Paşa sağ olsun, mən həmişə Koroğluya saz çalıb oxuyardım, o da hər məclisimə bir çuval ağ pul, bir baş da bəygir verərdi. Bu dəfə o mənə bir çuval qara pul verib bəygirin adını da çəkmədi. Mən də ondan küsüb üz döndərdim. Burdan keçirdim, qoşunu görüb dayandım. Bəlkə, mənə bir bəygir verəsiniz, minib öz yurd-yuvama gedəm. (Paris nüsxəsi, 11-ci məclis)
Azərbaycan dastanlarının leksikasıTacir. (“Koroğlu” dastanının lüğəti)
Bazar sözündən yaranıb.
Bu yeddi ilin ərzində bir tacir, bir bəzirgan mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib. (“Koroğlu ilə Dəli Həsən”)
*
Bəzirgana sataşdığım,
Qumaşına bulaşdığım,
Dönüb boynundan aşdığım
Çənlibeller yerindəmi?
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Ağır halaylar döşlərəm,
Tök malını, get bəzirgan!...
Çox belə fellər işlərəm,
Tök malını, get bəzirgan!..
(“Koroğlunun Bayazid səfəri”)
*
Bir az da getmişdilər qabaqdan bir karvan çıxdı. Koroğlu baxdı ki,dostu Xoca Əziz də bəzirganların içindədi. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikasıÇox hiyləgər, fəndgir. (“Koroğlu” dastanının lüğəti)
Dəmirçioğlu düşməz gücdən,
Qorxmaz müxənnətdən, bicdən,
Bac allam nağdıdan, vecdən,
Dəmirçioğlu mənəm, mənəm!
(“Koroğlunun Ərzurum səfəri”)
Rəsmi nikah olmadan doğulan uşaq. (“Koroğlu” dastanının lüğəti)
Sənin atan yoxdu, kim bilir anan səni kimdən qazanıb, bicsən. (“Koroğlunun Dərbənd səfəri”) (Hümmət Əlizadə)
Azərbaycan dastanlarının leksikası