Pələngəoxşar heyvan. (“Koroğlu” dastanının lüğəti)
Bolu bəyim, tanı məni,
Gör necə bəbir, bəbirəm.
Öldürrəm, insafım yoxdu,
Bir dinsiz gəbir, gəbirəm.
(“Koroğlu ilə Bolu bəy”)
*
Mərd igidlərin gözüyəm,
Dəlilərin əziziyəm,
Bəbir oğlunun özüyəm,
Bolu, mən sənin, mən sənin.
(“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikasıSağlam, qaçağan, köhlən at. (“Koroğlu” dastanının lüğəti)
Canım Qırat, gözüm Qırat,
Səni minən alar murad.
Ağcaquzu, bir də Dürat
Bağlı bədöylərim qaldı.
(“Koroğlu ilə Bolu bəy”)
*
Alnımdakı qalın qatlar,
Düşmən görsə bağrı çatlar,
Candan əziz bədöy atlar
Yandırır məni, yandırır...
(“Düratın itməyi”)
Azərbaycan dastanlarının leksikası