1. Ərəb əlifbasının ilk hərfinin adı, əbcəd hesabında 1 rəqəmini ifadə edir; Allahın adlarından biri.
2. Düz, şax, qamətli.
Əlif Allahın adıdı,
Bey peyğəmbər bilirəm.
Tey tabarək qəni Allah,
Ona səcdə qılıram.
Xilqətim Adəm atadı,
Söylə ki, yeksanə gəl.
(“Aşıq Alı və Əsmər xanım”)
*
Əlif qəddim beydi, mimdi,
Sinəmə yeriyən simdi,
Haralısan, atan kimdi?
Oyan, ay qız, sən mənimsən.
(“Şahzadə Bəhrəm”)
*
Altı qızın biri Xədcə,
Qəddi əlif, beli incə,
Gözəl görməmişəm səncə,
Altı qızlar, altı qızlar!
(“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikasıƏrəb əlifbasında əlif və ğeyn (”qayın” bu sözün təhrif olunmuş şəklidir) hərflərinin adı.
Əbcəd hesabına görə, əlif bir, ğeyn min ədədinə uyğun gəlir. Allahın min bir adına işarədir.
Valeh deyər: bir əliflə bir qayın,
Necə elər, mənasını siz deyin,
Necə addır, bəyanını söyləyin,
O nədi ki, demək olmaz ikidi?..
Valeh əbcəd hesabını yad elər,
Belə mənaları tez savad elər,
Bir əlif, bir qayın min bir ad elər,
Ancaq ona demək olmaz ikidi.
(“Valeh və Zərnigar”)
Azərbaycan dastanlarının leksikası1. Kaşalota oxşar bir balığın mədəsindən çıxarılan gözəl qoxulu maddə.
2. Gözəl iy, ətir.
N.Tusi “Cavahirnamə” əsərində yazır: “Ənbərin yoxlanılması belədir: şüşəni odda qızdırırlar. Ənbəri onun üzərinə atdıqda ənbər iyi gələrsə, xalisdir. Ənbər yağ kimi tamamilə əriyərsə, onu keyfiyyətli, tamamilə əriməzsə, keyfiyyətsiz hesab edirlər”. Dastanlarda, bir qayda olaraq, müşk sözü ilə yanaşı işlənir.
Leyli sözünü qurtarıb, ürəyi qəşş elədi, daş parçası kimi yerə sərildi. Qızlar onun üzünə müşk, ənbər səpib, ayıldıb öz otağına apardılar. (“Leyli və Məcnun”)
Azərbaycan dastanlarının leksikası