Ad-san, şöhrət, şərəf. (“Koroğlu” dastanının lüğəti)
Bürüyüb aləmi şanın, şöhrətin,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
Adın çəkiləndə titrəyir yağı,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
(“Eyvazın Çənlibelə gətirilməyi”)
Bir igidlik nişanəsi
Şanında gərək igidin,
Çəkməyə özgədən minnət
Canında gərək igidin.
(Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi“)
Azərbaycan dastanlarının leksikasıQədim silah, altıdilli toppuz. (“Koroğlu” dastanının lüğəti)
Acıqlanma, Dəli Həsən,
Misri qılınca qataram.
Atılaram şeşpər kimi,
Bağrın başına bataram.
(“Koroğlu ilə Dəli Həsən”)
Giziroğlu Mustafa bəyin bir şeşpəri var idi, ucu haça. Bu elə bir şeşpər idi ki, məşhuri-aləm. Arvadlar usaqlarına qarğıs eləyəndə “səni görüm Giziroğlunun şeşpərinə rast gələsən” deyərdilər. Giziroğlu haman haça şeşpəri qaldırdı başına, bir dəfə hərləyib tulladi. Şespər gəlib meydandakı məscidin günbəzinə elə dəydi ki, günbəzdən od töküldü.
(“Durna teli”)
– Oğul, heç qılınc-zad oynatmağı, at minməyi, şeşpər atmağı bacarırsanmı?
(“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıLəyaqət, vüqar, şərəf, heysiyyət; təşəxxüs. (“Koroğlu” dastanının lüğəti)
Düşmənlər girib qəsdinə
Gəlir Koroğlu üstünə,
Dəyərəm sənin şəstinə,
Qazı dibindən, dibindən!
(“Koroğlunun qocalığı”)
İndi zərbi şəstim sənə bildirrəm,
Dostun ağladaram, düşmən güldürrəm,
Koroğlu der, vallah səni öldürrəm,
Can alıcı Əzrayılam, gəlmişəm.
(Paris nüsxəsi, 2-ci məclis)
Azərbaycan dastanlarının leksikasıBoy-buxun. (“Koroğlu” dastanının lüğəti)
Bir Koroğluya baxdı, bir paltar-maltarına, şəst-bəstinə baxıb dedi...
(“Həmzənin Qıratı aparmağı”)
Məhbub xanım onun bir şəsti-bəstinə baxdı, bir boy-buxununa baxdı, bir qol-bacağına, baxdı; ürəyində dedi: Yox, yalan deyir.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Özü də şəstli-bəstli, bazburutlu bir şeydi.
(“Düratın itməyi”)
Azərbaycan dastanlarının leksikası