Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

şəhla ərəb

Ala, ala rəngli (göz haqqında).

Gözlərin şəhladı, qaşların qara,

Müjganın vurubdu sinəmə yara.

Sənsiz bu dərdimə kim eylər çara,

Gözüm gördü səni, gözəl Şirinim.

                                (“Fərhad və Şirin”)

                              *

Sevdim bir bəylər xasını,

Gözəllərin şəhlasını.

Şirinin hər bəlasını,

Fərhad cana qayil eylər.

                (“Fərhad və Şirin”)

                                *

Bir mina gərdənli, durna boğazlı,

Bir alma yanaqlı, bir şəhla gözlü,

Tuti danışıqlı, qumru ağızlı,

Şirin dili canım aldı, Koroğlu!

                     (“Koroğlunun Ərzurum səfəri”)

Azərbaycan dastanlarının leksikası