1. Tərlan, şahin.
2. Məcazi mənada: igid, qoçaq adam haqqında.
3. Məcazi mənada: məğrur gözələ, gözəlin məğrur gözlərinə, baxışlarına işarə.
Yetirsəm özümü şahin, şahbazə,
Günü-gündən ömrüm olur tər, tazə.
Gözəllər dəstəylə çıxar pişvazə,
İzin versən qayıtmaram bu yoldan.
(“Bəhram-Gülxəndan”)
*
On üç ildi bərri-bəhri seyr etdim,
Şahbazımdan xəbər verən olmadı.
Şan-şövkəti, ləşkəri mən tərk etdim,
Bir yanıma gəlib görən olmadı.
(“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)
*
Bu necə əndazdı, gəlin,
Baxışın şahbazdı, gəlin.
(“Şah İsmayıl”)
*
Səhər-səhər nə xoş gəlir avazın,
Gedibdir baharın, qalıbdır yazın,
Səni alır qaçar tülək şahbazın,
Sizin göldən bizim gölə gəl, sonam.
(Gürcü əlifbası ilə yazılmış əlyazması)
Azərbaycan dastanlarının leksikasıDaraq.
Şana olum, zülfünüzə çatılım,
Saği olum, dəstənizə qatılım;
Əmrah deyər: qul adına satılım,
Çıxsın ölkənizə sorağım, qızlar!
(“Əmrah”)
*
Zülflərinə çəkdin şana,
Fərhadı yetirdin cana,
Üz çevirib getmə yana,
Qayıt bəri, qayıt bəri.
(“Fərhad və Şirin”)
*
Bir səf mələk gördüm huriyi-qılman,
Dal gərdəndə şanaları neçədi?
(“Abbas və Gülgəz”)
*
Şananı zülfə çəkməyən,
Telin qədrini nə bilər?!
Dağda gəzən boz sərçələr
Gülün qədrini nə bilər?
(“El aşıqları”)
Azərbaycan dastanlarının leksikası1. Budaq, qol.
2. Üzəri şirniyyat və meyvə ilə bəzədilmiş budaq (adətən, toyda bəy və ya gəlin üçün yaxınları tərəfindən hazırlanır).
Nəzik şaxsan,
Kağızdan ağsan,
Ağca buxaqsan,
Qönçə dodaqsan.
(“Şah İsmayıl”)
*
Hər tükənin qapısından bizdən ötrü bir dənə şax asılıf, hər löün meyva desən, o şaxlarda tapılar. (“Məhəmməd və Güləndəm”)
Azərbaycan dastanlarının leksikası1. Çevik.
2. Qulluqda hazır olan.
3. Qabaqda gedib yol açan adam.
Yüklənə barxanam, çəkə bir şatır,
Özbək dəvələri, misiri qatır,
Tənəfləri ipək, atlasdan çadır,
Bu yurddan o yurda köç qonum ola.
(“Səyyad və Sədət”)
Qeyd: Şatır sözünün çörəkbişirən, çörəkçi mənası da var.
Azərbaycan dastanlarının leksikasıKənd, oba, yaşayış məntəqəsi, məskun yer.
Bir təpənin başında bir şenlik görünürdü, Aslan dedi:
– Qardaş, orda diyən kör-kösək var. Gəl gedək ora, bəlkə yeməkdən-zaddan tapdıq. (“İrvahım”)
*
Ay oğlan, bu gədikdən aşanda Bəndərqala şəhəridi. Şenlik abadanlıqdı. Gedin, düşün, dincəlin. (“Şahzadə Bəhrəm”)
Azərbaycan dastanlarının leksikasıDəlicəsinə vurğun, eşqdən ağlını itirmiş, məftun, divanə.
Şeyda bülbül şəklində daha çox işlənir.
Deyəsən, şeyda bülbüldü,
Baharı yazınan gəlir.
İçməmişəm ayılam,
Ağıl gedib, zayılam.
(“Tahir və Zöhrə”)
Hanı bu bağçanın gülü?
Oxumur şeyda bülbülü,
Koroğlu, üç əsir dəli,
Şirin candan keçən gəlsin!
(“Durna teli”)
Eyvaza bitirdim güllər,
Oxuyur şeyda bülbüllər,
Koroğlu, başına küllər!
Eyvaz əyləndi, gəlmədi.
(“Durna teli”) (“Bağdad–Əsəd”)
Azərbaycan dastanlarının leksikasıƏn uzun və qaranlıq gecə (dekabrın 21-i, bəzən də 22-də olur).
Gözəlin uzun və qara saçları bu gecəyə bənzədilir.
Təbəssüm eyləyir hərdən nazənin,
Mərifət anlayıb mənasın bilin.
Ya müşk-ənbərdi siyah kakilin,
Ya şəbi-yəldadı, ya rəqayibdi.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikası1. Sapa düzülmüş mirvari, inci.
2. Dialektlərimizdə şəddə “qadın baş örtüyü” mənasında işlənir.
Gözəllər yığılıb hamısı kəndə,
Sənəyin doldurub burdan ötən də,
Şamaxı şəddəli gərdənbənd təndə,
Əyrimcədən keçər beli qızların.
(“Qurbani”)
*
Şəddə çalıb, zülf tökülüb bellərə,
Mən qurbanam zikr eliyən dillərə.
Sənsiz gedər olsam bizim ellərə,
Oluram dərdündən divana, Gülgəz!
(“Abbas”)
Azərbaycan dastanlarının leksikasıBal, şan balı, şirə.
Hər cəfənglər saz götürüb, söz deyib,
Şairlik ismini sana çəkməsin.
Cibin, milçək, zənbur kimi sızlayıb,
Qanqalın şəhdini şana çəkməsin.
(“Nəcəf və Pərzad”)
*
Dastanlarda şəhdü şəkər şəklində daha çox işlənir.
Əzəldən aşnaydıq, yad olduq nədən?
Mən sənə qurbanam, ay nazik bədən!
Girəydim qoynuna ta ki, sübhətən,
Şəhdü şəkkər dilin qurbanı canım.
(“Abdulla və Cahan”)
*
Alagözlü, nazlı Şirin,
Qayıt bəri, qayıt bəri.
Şəhdi şəkər sözlü Şirin,
Qayıt bəri, qayıt bəri.
(“Fərhad və Şirin”)
*
Bu canım qurban boyuna,
Sərvboylu bala gəlin.
Şərbəti şəhdü şəkər,
Ləbində piyala gəlin.
(“Mahmud-Niyar xanım”)
Azərbaycan dastanlarının leksikası