Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

şana fars

Daraq.

Şana olum, zülfünüzə çatılım,

Saği olum, dəstənizə qatılım;

Əmrah deyər: qul adına satılım,

Çıxsın ölkənizə sorağım, qızlar!

                                              (“Əmrah”)

                           *

Zülflərinə çəkdin şana,

Fərhadı yetirdin cana,

Üz çevirib getmə yana,

Qayıt bəri, qayıt bəri.

           (“Fərhad və Şirin”)

                           *

Bir səf mələk gördüm huriyi-qılman,

Dal gərdəndə şanaları neçədi?

                           (“Abbas və Gülgəz”)

                            *

Şananı zülfə çəkməyən,

Telin qədrini nə bilər?!

Dağda gəzən boz sərçələr

Gülün qədrini nə bilər?           

                          (“El aşıqları”)

Azərbaycan dastanlarının leksikası